8 İyun 2018 13:55
1 349
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyanın baş naziri Sebastian Kurz ölkədəki 7 məscidin bağlanacağını bəyan edib.

Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna Vyanadakı məscidlərdən birində tarixi Çanaqqala döyüşünü canlandıran zaman əsgər və şəhid rolunda uşaqların çıxış etməsi səbəb olub.

Baş nazir 7 məscidin bağlanacağını və xaricdən maaş alan imamların ölkədən kənar ediləcəyini vurğulayıb.

Qeyd edək ki, məsciddə döyüş səhnəsinin canlandırılması hadisəsi 2016-cı ildə baş verib, bu ilin aprelində mətbuatda yayılan fotolar isə ölkədə narazılıq doğurub.


Müəllif: Ruslan

Oxşar xəbərlər