8 İyun 2018 21:28
1 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Ali Radasının deputatları Yuriy Bereza və Aleksandr Doljenkov iclas zamanı davaya çıxıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə “Newsone” kanalı məlumat verib.

Kadrlarda Berezanın həmkarının üzərinə hücum çəkdiyi görünür. Parlamentarilər onları ayırıb, Bereza isə zaldan çıxarılıb.

Davanın hansı səbəbdən baş verdiyi isə dəqiq bilinmir.

Qeyd edək ki, Ukrayna parlamentində deputatların bu cür davaları tez-tez baş verir.


Müəllif: Ruslan

Oxşar xəbərlər