9 İyun 2018 08:18
1 566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb ölkələri kərtənkələlər vasitəsilə İranın nüvə proqramı haqqında casusluq fəaliyyəti həyata keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın sabiq müdafiə naziri, general Həsən Firuzabadi deyib.
Son dövrlərə qədər İran dini lideri Ayətullah Əli Xameneyinin sözçüsü vəzifəsini daşıyan Firuzabadi bildirib ki, ABŞ turistlərdən İranda agent kimi istifadə edib:

“Bir neçə il əvvəl bəzi şəxslər Fələstinə yardım toplamaq məqsədilə İrana gəlib. Onlar özlərini şübhəli aparırdı. Onların kərtənkələ və digər sürünən heyvanlara malik olduğu ortaya çıxdı. Həmin turistlər bu kərtənkələlər vasitəsilə İranda uranın zənginləşdirilməsi, nüvə fəaliyyəti ilə bağlı informasiya əldə etmək istəyiblər”.

Qeyd edək ki, bundan əvvəl elm adamları kərtənkələlərdən nüvə obyektləri haqqında məlumat toplamaq məqsədilə istifadə edilə biləcəyinə şübhə ilə yanaşıb.


Müəllif: Cavad

Oxşar xəbərlər