ABŞ Prezidenti Donald Tramp əsgərliyə getmədiyi üçün barəsində cinayət işi açılmış mərhum boksçu Məhəmməd Əliyə bəraət verə bilər. Bu barədə D.Tramp özü bildirib.
Tramp jurnalistlərə açıqlamasında qeyd edib ki, əfv fərmanı verəcək: "Məhəmməd Əlini ciddi şəkildə düşünürəm. Digərlərini də həmçinin".
Məhəmməd Əlinin vəkili Ron Tvil isə "Trampın duyğularını anlaya bilirəm, amma əfvə ehtiyac yoxdur" deyə bildirib.
Qeyd edək ki, Məhəmməd Əli 1967-ci ildə Vyetnam müharibəsi zamanı hərbi çağırışdan yayındığı üçün 5 il müddətinə həbs cəzasına məhkum edilmişdi.
Bir müddət əvvəl Donald Tramp digər boksçu – 1913-cü ildə irqi ayrı-seçkilik zəminində həbs olunmuş Cek Consona da ölümündən sonra bəraət vermişdi.