9 İyun 2018 11:41
1 597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiprin Lefkoşa hava limanı 44 ildir işləmir.

Teleqraf.com xəbər verir ki, bura 1974-cü ildə Yunan və Türkiyə Kipri arasında baş verən münaqişədən sonra tərk olunub.

Hazırda həmin ərazi iki tərəf arasında BMT-yə bağlı tampon bölgə missiyasını yerinə yetirir.

Aeroportda ən son uçuşu 20 iyul 1974-cü ildə atışmalar altında Kipr Hava Yolları şirkəti həyata keçirib. Kapitan Adamos Marneros ilə bərabər 9 sərnişin London-Roma-Lefkoşa səfərini edərək hava limanına eniblər.

Tərk edilmiş aeroportu sonuncu dəfə İngiltərə mətbuatının nümayəndələri görüntüləyib.


Müəllif: Ruslan

Oxşar xəbərlər