Braziliyada yeni doğulmuş körpə diri-diri torpağa basdırılıb.
Teleqraf.com xəbər verir ki, 8 saat torpaq altında qalan uşaq möcüzəvi şəkildə sağ qalıb.
Məlumata əsasən, 2 polis torpağı qazaraq körpəni ordan çıxarıb. Onlar uşağın sağ olduğunu gördükdə təcili yardım çağırıblar. Zabit uşağın bədənindəki bütün sümüklərin qırıldığını söyləyib.
Xəstəxanaya yerləşdirilən uşağın sağlamlığının yaxşıya doğru getdiyi bildirilib.
Artıq uşağın gənc anası polisə ifadə alıb. Körpəni təkbaşına dünyaya gətirən qadın xəstəxanaya yerləşdirilib. Təhlükəsizlik xidmətinin əməkdaşları nənəni həbs ediblər.