Əfqanıstanda Taliban terror qruplaşmasının hücumu zamanı azı 20 polis əməkdaşı ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə 1TV kanalı məlumat yayıb.
Kanalın xəbərinə görə, insident cümədən şənbəyə keçən gecə Qunduz əyalətində baş verib. Toqquşmalar zamanı 8 silahlı da öldürülüb.
Qeyd edək ki, cümə axşamı Əfqanıstan Prezidenti Əfşər Qani Talibanla atəşkəs elan etmişdi. Talibanın da Ramazan bayramında atəşkəs elan etdiyi deyilirdi.