Braziliyalı futbolçu Vaqner Lav “Beşiktaş”ı məhkəməyə verib.
Teleqraf.com xəbər verir ki, Cenk Tosunun gedişindən sonra “Alanyaspor”dan “Beşiktaş”a transfer olunan Vaqner Lav ümidləri doğrultmayıb.
Klubla 2 illik müqaviləsi olan futbolçu ilinə 2 milyon avro qazanacaqdı. Amma 2 aylıq əmək haqqının ödənməməsinə görə o, vəkili vasitəsilə məhkəməyə müraciət edib.
Bundan sonra da əməkhaqqı ödənməsə, o, FİFA-ya şikayət edəcəyini açıqlayıb.