9 İyun 2018 19:27
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümid edirəm ki, qarşıdakı sammit zamanı KXDR lideri Kim Çen İnlə bir-birimizin xoşuna gələcəyik.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

Amerikalı lider deyib ki, bu danışıqlar iki ölkə arasında dialoqun başlanğıcı olacaq. Bununla yanaşı, Tramp bildirib ki, daha böyük nəticəyə nail olmaq istəyir.

"Ən az biz görüşəcək, bir-birimizi görəcək, biri-birimizin xoşuna gələcək və bu prosesə başlayacağıq", - Tramp deyib.

Bundan əvvəl isə ABŞ prezidenti KXDR liderinin danışıqlara nə dərəcədə ciddi yanaşdığını anlamaq üçün ona bir neçə dəqiqə vaxt lazım olduğunu demişdi: "Əgər onun ciddi istəyinin olmadığını görsək, ABŞ öz vaxtını boş yerə sərf etməyəcək".

Nahid


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər