Qəndil dağı görüntüləndi - 300 kənd işğalda
İraq və İran arasındakı neytral bölgədə yer alan PKK-nın məskunlaşdığı Qəndil dağı görüntülənib.
Teleqraf.com xəbər verir kiŞ, görüntülərdə dağın ətəyində asılan terrorçu Öcalanın portreti diqqət çəkib.
Türk qırıcıları və pilotsuz təyyarələrinin hədəfi olmaq istəməyən PKK-çılar dağda gizlənirlər. Ərbilin Çoman kəndinə bağlı bölgədə, İraqdan İran sərhədinə 17 kilometr qalan ərazidə PKK-nın işğalı başlayır. Peşmərgə güçlərinin məskunlaşdığı son nöqtələrdən Qəndil dağı görünür. Bölgədəki qaynaqlarTürk savaş təyyarələrinin burda PKK-nın mövqelərini bombaladığını bildirib. Bununla belə PKK-çıların burada yüzlərlə İraq kəndini işğal altında saxladığı bildirilir. Bu səbəbdən İraq hökuməti 300-dən artıq kəndə xidmət göstərə bilmir.