10 İyun 2018 00:59
1 493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Husilərin "Ənsər Alla" şiə hərəkatı döyüşçülərinin açdığı atəş nəticəsində Səudiyyə Ərəbistanının Cizan şəhərində iki dinc sakin həlak olub.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Əl-Əkbəriyyə telekanalı məlumat yayıb.

"Husilərin atdığı mərminin partlaması nəticəsində Cizanda iki nəfər həlak oldu", - xəbərdə deyilir.

Qeyd edək ki, 2o14-cü ildən Yəməndə hökumətlə husilər arasında silahklı mübarizə davam edir. Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası hava və yerdən hökumət qoşunlarına dəstək verir. Bu səbəbdən husilər tez-tez Səudiyyə Ərəbistanının yaşayış məntəqələrini atəşə tutur.


Müəllif: Nahid

Oxşar xəbərlər