Çin ABŞ-ın İranla nüvə sazişindən birtərəfli qaydada çıxmasından təəsüf hissi keçirir. Biz bu sazişin qorunub saxlanılması üçün Rusiya ilə işləməyə hazırıq.
Teleqraf.com xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin bildirib.
Çin lideri bu açıqlama ilə Şanxay Əməkdaşlıq Təşkilatının genişləndirilmiş iclasında çıxış edib. O, ölkəsinin sazişin iştirakçısı olan digər ölkələrlə də birlikdə onun qorunmasına çalışacağını vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp mayın 8-də İranla imzalanmış nüvə sazişindən birtərəfli qaydada çıxdıqlarını bəyan edib.