10 İyun 2018 13:13
2 702
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Milli Aeronovtika və Kosmos İdarəsi (NASA) Yupiterdə şimşəklərin qütblərdə çaxmasının sirrini açıb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, NASA 39 ildir Yupiterdə şişməklərin Yerdə olduğu kimi ekvator bölgəsində yox, qütblərdə çaxmasının sirrini araşdırırdı.

NASA-nın elm adamları şiməklərin Yerdəkinə oxşar gücdə və ölçüdə olduğunu kəşf ediblər. Lakin buna baxmayaraq, bunun Yerdən fərqli olduğu, Yupiterdə çaxan şimşəklərin Günəşdən gələn istilik altında baş verdiyi qənaətinə gəlinib.

Yupiterin orbitinin Yerlə müqayisədə Günəşdən 5 dəfə daha uzaq olduğunu, buna görə də bu planetin dünyadan 25 dəfə az istilik aldığını bildirən alimlər həmin planetdə buxarlanmanın da az olduğunu deyirlər. Yəni, Yupiterin ekvator xəttində istilik qütblərlə müqayisədə daha azdır. Bu da “qaz nəhəngi”ndə sabit iqlimin olduğu deməkdir.

Planetin üst qatlarındakı isinmə alt təbəqələrdəki qazların çoxalmasının qarşısını alaraq və qütblər arasında şauqili elektrik ehtiyatının yığılmasını, yəni, şimşəklərin ortaya çıxmasını əngəlləyir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər