Göyərtəsində Şimali Koreya lideri Kim Çenin İnın olduğu güman edilən “Air China” aviakompaniyasının təyyarəsi uçuş zamanı istiqaməti və reysin nömrəsini dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Rönhap” agentliyi məlumat yayıb.
Belə ki, “Boeing-747” layneri Pxenyandan CA122 marşrutu üzrə Pekinə yollansa da, havada ikən reysin nömrəsini CA61-ə dəyişərək Sinqapura yollanıb.
Təyyarədə Şimali Koreya liderinin olub-olmaması məlum deyil, ancaq Kim Çen İnın ABŞ Prezidenti Donald Trampla görüşə bu şəkildə yollandığı dəqiqdir.
Qeyd edək ki, az öncə ABŞ Prezidenti “G-7” ölkələrinin Kanadada keçirilən sammitindən qayıdarkən, Sinqapura qısa müddətli səfərə yollanmışdı. İyunun 12-də bu ölkədə iki liderin görüşü keçiriləcək.