10 İyun 2018 11:58
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Petro Poroşenko ilə telefon danışığının məğzini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, V.Putin danışıq təşəbbüsünün P.Poroşenkodan gəldiyini bildirib. O qeyd edib ki, bu təşəbbüs Ukrayna tərəfinin Minsk razılaşmasının həyata keçirilməsinə cəhdlər etdiyinin göstəricisi sayıla bilər.

“Danışıq təşəbbüsü Ukrayna tərəfindən gəldi. Məncə, bu qarşı tərəfin artıq nizamlamada maraqlı olduğunu göstərir. İstənilən halda mən buna ümid edirəm”, - deyə V.Putin Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin yekunlarına dair keçirilən mətbuat konfransı zamanı verilən suala cavabında bildirib.

Qeyd edək ki, liderlər arasında telefon danışığı iyunun 9-da baş tutub. Tərəflər Ukraynanın cənub-şərqindəki vəziyyəti və rusiyalı jurnalistlərin həbsini müzakirə ediblər.


Müəllif: Səxavət

Oxşar xəbərlər