10 İyun 2018 17:13
1 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen İnlə ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək sammit Sinqapura 20 milyon dollara başa gələcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin baş naziri Li Syanlun bildirib.

O qeyd edib ki, bu vəsait Sinqapurun beynəlxalq əməkdaşlığın güclənməsinə töhfəsidir və bu, ölkənin marağındadır.

“Biz bu xərci qaşılamağa hazırıq”, deyən baş nazir əlavə edib ki, vəsaitin təxminən yarısı təhlükəsizliyinin təmin edilməsinə sərf olunacaq.

Li Сyanlun onu da bildirib ki, sammit Sinqapura fayda gətrirəcək:

“Bu, beynəlxalq ictimiyyətin diqqətini bizim ölkəyə yönəldəcək. Görüşün Sinqapurda keçirilməsini biz xahiş etməmişik. Bizdən xahiş etdilər, biz də razılaşdıq”.


Müəllif: Səxavət

Oxşar xəbərlər