10 İyun 2018 19:58
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın İdlib vilayətinə növbəti hava zərbələri endirilib.

Hücum nəticəsində 17 nəfər həlak olub. Onların hamısının dinc sakinlər olduğu bildirilir.

Qeyd edilir ki, hava zərbələri Bəşşar Əsədə məxsus hərbi hava qüvvələri tərəfindən Binneş, Teftenaz və Arix yaşayış məntəqələrinə endirilib. Hava zərbələrinə həmçinin Ram Həmdan və Binneş kəndləri də məruz qalıb.

İdlibin mülki müdafiə qüvvələrinin nümayəndələri Teftenazda uşaq xəstəxanasına zərbələrin endirilməsini təsdiqləyiblər. Bildirilib ki, zərbələr nəticəsində 3-ü uşaq olmaqla, 5 nəfər həlak olub. Bu yaşayış məntəqəsində iyunun 10-da ümumilikdə 13 nəfər həlak olub. Arixdə 2 nəfər, Binneş və Ram Həmdanda isə 1 nəfər həlak olub.

Hava zərbələri nəticəsində yaralananlar da var. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Xatırladaq ki, iki gün əvvəl İdlibin bombalanması nəticəsində 49 nəfər ölüb.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər