YPG terror təşkilatı Suriya prezidenti Bəşər Əsədin dialoq təklifini qəbul etdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Bəşər Əsədin mayın 31-də ölkənin şimalındakı qüvvələri dialoqa dəvət etmişdi. Bildirmişdi ki, əgər təklifi qəbul etməsələr, gücdən istifadə olunacaq.
YPG ötən gün yaydığı bəyanatda qeyd edib ki, ölkədə axan qanın dayandırılması, sülh və əmin-amanlığın təmin edilməsi üçün sülhə ehiyac var: "Konstitusiyaya yenidən baxılmalı, ölkədə hər kəsin hüququ eyni qaydada qorunmalıdır".
Qeyd edək ki, Türkiyənin terror təşkilatı kimi tanıdığı YPG ABŞ tərəfindən dəstəklənir.