11 İyun 2018 13:27
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda Teğut və Şnoğ kəndlərinin sakinləri bu gün səhər saatlarında “Teğut” Qapalı Səhmdar Cəmiyyətinə gedən yolu kəsiblər.

Teleqraf.com “Novosti Armeniya”ya istinadla xəbər verir ki, kənd sakinləri şirkətdə işdən çıxarılan şəxslərin işə bərpa olunmasını tələb edib.

Aksiya iştirakçılarının sözlərinə görə, bütün növ torpaqdan, eləcə də bağ, əkin sahələrindən, mal-qara otardıqları, göbələk yığdıqları meşədən məhrum ediliblər. Onlar tələbləri yerinə yetirilməyənə qədər aksiyaya davam edəcəklərini bildiriblər.

Xatırladaq ki, fevralda “Teğut” QSC əməkdaşlarının sayının 1190-dan 300-ə azalacağı barədə məlumat yayıb. Sakinlər başqa müəssisədə işə düzələcəkləri təqdirdə şirkətdən ayrılmağa razılaşıblar. “Teğut” QSC yalnız Teğut və Şnoğ kəndlərində yaşayanları işdən azad etdiyi üçün sakinləri etiraz aksiyasına start verib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər