11 İyun 2018 14:54
1 309
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen İn ABŞ Prezidenti Donald Trampı danışıqların ikinci raundu üçün Pxenyana dəvət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Cənub Koreyanın “Çunan İlbo” nəşri məlumat yayıb.

Kim Çen İnin Trampa dəvətini Vaşinqtonda səfərdə olmuş Koreya Əmək Partiyasının sədrinin müavini Kim Yon Çxol çatdırıb.

Pxenyandakı görüşün iyulda keçirilməsi planlaşdırılır. Danışıqlar uğurla nəticələnəcəyi təqdirdə Kim Çen İn payızda Vaşinqtona səfər edə bilər.

Qeyd edək ki, iyunun 12-də Donald Tramp və Kim Çen İnin görüşü keçiriləck. Hər iki lider artıq görüşün baş tutacağı Sinqapura gəlib.


Müəllif: Ruslan

Oxşar xəbərlər