11 İyun 2018 15:22
2 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

Edam hökmünü icra edən Pyotr İvanoviç Маqqo 20 illik xidməti dövründə 10 mindən çox “xalq düşməni”ni şəxsən güllələyib.

Teleqraf.com Rusiya mediasına istinadla xəbər verir ki, təkcə 1937-38-ci illər ərzində 680 mindən çox insan “xalq düşməni” damğası ilə güllələnib.

Sonralar bu rəqəm azalsa da, cəlladlar işsiz qalmayıblar.

Pyotr Маqqo 1879-ci ildə latış ailəsində anadan olub. 1905-ci ildə çar ordusunda qiyamı yatırmaqda iştirak edib və ilk dəfə orda qan töküb. 1914-ci ildə Birinci dünya müharibəsində könüllü şəkildə cəbhəyə yollanıb, zabit rütbəsi qazanıb. 1918 bolşeviklər partiyasına daxil olub. O, burada Maq (Cadugər) və Sehrbaz ləqəbi alıb.

Maqqo 1919-cu ildə VÇK-nın (Ümumrusiyya Fövqəladə Komissiyası) cəza dəstəsinə qəbul edilib. O, Dzerjinskinin mühafizə dəstəsinin məhkəmə və istintaq olmadan güllələnmə tapşırıqlarını yerinə yetirənlərdən biri olub.

Ptotr Maqqo 1920-ci ildə Lubyankada həbsxana rəisi təyin olunur. Bu vəzifədə olarkan belə, Maqqo soyuqqanlılıqla insanların öldürülməsində iştirak edirdi. Halbuki şəxsən bunu etməyə də bilərdi. Silahdaşları bildirirdilər ki, qətl prosesi Maqqonun xoşuna gəlirdi.

1931-ci ildə NKVD-də kadr dəyişiklikləri baş verir, Maqqo ОГПУ (Birləşmiş Dövlət Siyasi İdarəsi) xüsusi tapşırıqların yerinə yetirilməsi üzrə əməkdaşı vəzifəsinə keçirilir. Xüsusi tapşırıq - yenə də güllələnmə növündə cəzaların icrası idi.

1936-ci ildə Maqqo şəxsən Zinoyev və Kamenevi güllələyib.

O, 20 il xidmətdə olduğu vaxtda təxminən 10 min nəfəri o dünyaya göndərib. Sədaqətli xidmətə görə Qırmızı Bayraq və Lenin ordenləri ilə də təltif olunub. Eynəkli və saqqallı bu kişi zahirən kənd həkimi və ya müəllimə oxşayır. Xaraktercə prinsipsiz, qapalı, dayanıqlı psixikası olan Maqqo hər gün qəddarlıqla və ustacasına 10-15 nəfəri öldürür və işindən həzz alırmış. Halbuki bir çox cəlladlar sonradan dəli oldular.

Pyotr Maqqo qaraciyər sirrozu diaqnozu ilə 1941-ci ildə ölüb və cəsədi yandırılıb. Novodeviçye qəbiristanlığında yerləşən abidəsi vaxtaşırı qırmızı hərflərlə “cəllad” sözü yazılması ilə diqqəti çəkir.


Müəllif: Ruslan

Oxşar xəbərlər