11 İyun 2018 19:38
1 247
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda Votsap iki nəfərin ölümünə səbəb olub.

Teleqraf.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Xəbərə görə, son zamanlar Votsapda naməlum şəxslərin uşaqları qaçırmaları barədə şayiələr yayılıb. Assem əyalətində Quvahati kəndinin sakinləri isə şübhələndikləri iki nəfəri bu səbəbdən döyərək öldürüblər. Polis öldürülənlərin yolu soruşmaq üçün dayandıqlarını açıqlayıb.

Uşaqların qaçırılması ilə bağlı şayiələrin nə vaxtdan yayılmağa başladığı məlum deyil. Təkcə ötən ay bu səbəbdən 6 nəfərin öldürüldüyü bildirilib.

Faktla bağlı cinayət açılıb. Artıq 16 nəfər saxlanılıb. İstintaq davam edir.


Müəllif: Ruslan

Oxşar xəbərlər