11 İyun 2018 18:23
1 355
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu casus haqqında ayrıca qanun qəbul edilib.

Teleqraf.com xəbər verir ki, söhbət əfsanəvi türk casusu İngilis Kamal ləqəbli Əhməd Əsəd Tomrikdən gedir.

Məlumata görə, məşhur casus uşaqlıq illərində daim İstanbul limanında gəzirmiş. Bura onun üçün ən maraqlı məkanmış.

Gələcək casus limanda ona maraqlı gələn gəmiyə minir. Gəmi hərəkət edir, gələcək casus isə iki gündən sonra kapitanın yanına gətirilir. İngilis kapitanın qanı bu qaçaq yolçuya qaynayır. Əhməd Əsəd Tomriki Londona aparan gəmi kapitanı onu öz evində saxlayır. Övladları olmayan kapitan ailəsi balaca Əsədə qısa müddətə ingilis dilini öyrədir. Beləcə kapitan ailəsi türk uşağa ata-analıq etməyə başlayır, onu Londonda məktəbə qoyurlar.

Əhməd Əsəd Tomrik məktəbdə at oynadan bir qrup şagirdlə qarşılaşır, o, qrupun liderini döyməklə diqqət çəkir. Onu məktəb müəllimi və direktor sorğu-sual edir. Öncə özünü müdafiə edən Əsəd sonra anlayır ki, məktəb müəlliməsi və sahibi onu boks məşğələsinə yazmaq istəyir. Beləcə boks karyerasına quran Əsəd illər sonra öz vətəninə qayıdır.

Türkiyə milli mübarizəsində böyük faydalar gətirən Əsəd hətta casusluq fəaliyyətinə də qoşulur.

Məsələn, Əsəd Balıkəsirdə keşiş libası geyinərək düşmən qərargahına gedib, xarici gücləri təftiş edərək məlumat əldə edir. Özü ifşa olunan məqamda isə min bir çətinliklə xilas olur. Eləcə də qəhrəman türk casusu amerikalı Harri Vill, köçkün İtaliya vətəndaşı Məmməd Sait, bolşevik Lui və digər adlardan istifadə edərək qurtuluş savaşında Türkiyə xeyrinə ciddi işlər görür.

Bundan başqa, Əhməd Əsəd Tomrik Antalya istiqamətində yunan tərəfə keçərək amerikalı jurnalist qismində ağlagəlməz fəaliyyət göstərir, ciddi informasiya axını təşkil edir.

Bu fəaliyyəti səbəbindən Əhməd Əsəd Tomrik İsmət Paşa tərəfindən qəbul edilib, daha sonra Baş Qərargah rəisi Fevzi Paşanın yanına göndərilir. Hətta ona ayda 150 lirə əmək haqqı veriləcəyi bildirilir. Buna rəğmən casus fəaliyyətini davam etdirir, hətta jurnalist qismində yunan Baş Qərargah rəisinin müavinindən “müsahibə” alır, bütövlükdə Yunanıstanın cəbhə xəttini gəzərək Ankaraya xəbərlər göndərir. Sonradan yunan ordusuna sığınan bəzi çərkəz qrupları tərəfindən deşifrə olunana qədər iş aparır.

Ömrünün son illərini Əhməd Əsəd Tomrik kasıbçılıq və tənhalıqla keçirib. Sonradan təqaüd almaq üçün dövlətə müraciət edib.

Əhməd Əsəd Tomrik yeganə casusdur ki, barəsində qanun çıxarılıb. Bu qanunla ona 500 lirəlik məvacib kəsilib.


Müəllif: Cavad

Oxşar xəbərlər