KXDR lideri Kim Çen İn Sinqapurda axşam gəzintisinə çıxıb.
Teleqraf.com xəbər verir ki, güclü mühafizə altında qaldığı “Sent-Recis” otelindən çıxan Kim Çen Sinqapurun bir neçə görməli yerinə baş çəkib.
Hətta yerli sakinlər ona yaxınlaşaraq selfi çəkdirə biliblər. .
Xatırladaq ki, Kim Çen In iyunun 12-də Sinqapurda ABŞ lideri Donald Trampla ABŞ-Şimali Koreya sammmitində iştirak edəcək.