Tiflisin mərkəzində? parlamentin qarşısında etiraz edən aksiyaçıların bir neçəsini polis saxlayıb.
Teleqraf.com xəbər verir ki, parlament binasının qarşısında vəziyyət gərginləşib. Artıq buraya yüzlərlə xüsusi təyinatlı və polis gətirilib.
“Rustavi 2” kanalının məlumatına görə, müxalifət deputatı Nika Meliya saxlanılıb. Etirazçılar polisin ona qarşı güc tətbiq etdiyini söyləyiblər.
Qeyd edək ki, 2017-ci il dekabrın 1-də Tiflisin Vake yaşayış massivində, Xorava küçəsində 51 saylı məktəbin iki 16 yaşlı şagirdi münaqişə nəticəsində bıçaqla qətlə yetiriliblər. Prokurorluq araşdırma zamanı əsl günahkarların məsuliyyətdən yayınmasına imkan yaratdığı üçün valideynlər və onların tərəfdarları aksiyalara başlayıblar.