12 İyun 2018 01:44
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin baş naziri Binəli Yıldırım İraqın Kandil vilayətində anti-terror əməliyyatlarına başlayacaqlarına dair açıqlama verib.

Teleqraf.com xəbər verir ki, baş nazir mətbuata açıqlamasında bildirib ki, Türkiyə sərhədlərinin yaxınlığında terrorçuların sərbəst fəaliyyətinə imkan verməyəcək.

"Əməliyyatlarımızın hədəfi PKK terrorçularını tamamilə təsirsiz hala gətirməkdir. Bizim başqalarının torpaqlarında gözümüz yoxdur. Hazırda terrorçuların əlində ağır silahlar var. ABŞ həmən silahları onlardan almalıdır. Əks təqdirdə biz vətəndaşlarımızın təhlükəsizliyini təmin etməli olacağıq", deyə B.Yıldırım qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər