ABŞ prezidenti Donald Tramp Şimali Korey lideri Kim Çen İnlə görüşün "çox yaxşı" keçdiyini deyib.
Teleqraf.com xəbər verir ki, Tramp bunu İnla təkbətək görüşdən dərhal sonra deyib.
“Biz böyük dilemmanın öhdəsindən gələcəyik”, deyə D.Tramp bildirib.
Kim Çen isə öz növbəsində ölkəsinin ABŞ-la əməkdaşlıqda maraqlı olduğunu deyib. Şimali Koreya lideri ölkəsinin nüvə proqramından imtina edib-etməyəcəyinə dair sualı cavablandırmayıb.