12 İyun 2018 15:49
1 271
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Avropa İttifaqının sərtləşən sanksiyalarının futbol üzrə dünya çempionatı zamanı Rusiya daxilində gərginlik yaradacağı gözlənilmir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq vurğulayıb ki, sanksiyalar elan edildikdən bir müddət sonra həyata keçirilir: “Buna görə hesab etmirəm ki, Rusiyaya qarşı artan təzyiqlər çempionatdan fürsət kimi istifadə edilməyə hesablanıb”.

İlqar Vəlizadə qarşıdakı 1 ay ərzində Rusiyada baş verməsi ehtimal edilən terror aktlarına da toxunub:

“Təkcə Rusiyada yox, belə tədbirlərdən əvvəl digər ölkələrdə də terror ehtimalları artır. ABŞ və Şimali Koreya başçılarının görüşünün keçiriləcəyi Sinqapur da terror təşkilatları tərəfindən hədələnmişdi. Bu baxımdan Rusiyada bu dövr ərzində terror aktlarının törədiləcəyi ehtimalları yüksəkdir.

Rusiya futbol matçlarının keçirildiyi vaxt təhlükəsizlik tədbirlərinin maksimum dərəcədə gücləndirməyə çalışacaq. İŞİD-in təhdid edib-etməməsinə baxmayaraq, yəqin ki, Rusiya terror aktlarının baş verə biləcəyi bütün istiqamətlərdə hazırlıqlıdır”.

Qeyd edək ki, İŞİD terror təşkilatı bir müddət əvvəl dünya çempionatının davam edəcəyi vaxt ərzində Rusiyada silsilə terror aktları həyata keçirəcəyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər