12 İyun 2018 19:53
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Şimali Koreyanın öz raketlərini məhv edəcəyini bəyan edib.

Teleqar.com xəbər verir ki, bu barədə Tramp sammitin yekunlarına dair mətbuat konfransında bildirib:

“Kim Çen mənə raketlərin sınağı üçün nəzərdə tutulmuş poliqonun məhv edildiyini söylədi. Bu, böyük işdir. Orada sınaqdan keçirilən raketlər də tezliklə məhv ediləcək”.

Trampın sözlərinə görə, bu barədə razılıq yekun sənədlər imzalandıqdan sonra əldə olunub.
Qeyd edək ki, iyunun 12-i ABŞ və Şimali Koreya liderləri arasında Sinqapurda sammit keçirilib.


Müəllif: Ruslan