İsrail parlamenti (Knesset) növbəti dəfə qondarma erməni soyqırımını tanımaqdan imtina edib.
Teleqraf.com xəbər verir ki, Knesset məsələnin müzakirəsini qeyri-müəyyən vaxtadək təxirə salıb.
Qanun layihəsinin iyunun 24-də Türkiyədə keçiriləcək prezident seçkilərindən sonra müzkirəyə çıxarılacağı istisna olunmur. Qərar Knesset başçısı Yuli Edelşteyn və qanun layihəsinin müəllifi olan deputat Tamar Zandberq arasında müzakirələrdən sonra verilib.
Qeyd edək ki, keçən həftə İsrail parlamenti növbəti iclasda qondarma erməni soyqırımının müzakirəyə çıxarılacağını bildirmişdi.