Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki erməni separatçılarının lideri Bako Saakyan Monte Melkonyanın qohumlarını qəbul edib.
Teleqraf.com xəbər verir ki, erməni terrorçunun ailə üzvləri separatçı liderə öz problemlərini çatdırıblar.
Problemlərin qısa müddətdə həll ediləcəyinə söz verən Saakyan Monte Melkonyanın I Qarabağ savaşındakı “qəhrəmanlıqlarından” danışıb.
Qeyd edək ki, Monte Melkonyan Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı Ermənistan ön cəbhə dəstələrinin birinin komandiri olub. O, 1993 cü ildə Xocavənd rayonunun Muğanlı kəndində kəşfiyyat komandiri olmuş İbad Hüseynov tərəfindən başı kəsilərək zərərsizləşdirilib.