2026-cı il futbol üzrə dünya çempionatını Meksika-ABŞ-Kanada üçlüyü təşkil edəcək.
Teleqraf.com xəbər verir ki, onlara qarşı yeganə rəqib Mərakeş olub.
FİFA-nın Moskvada keçirilən iclasında elektron səsvermə nəticəsində qalib müəyyənləşib.
Qeyd edək ki, DÇ-2026-da ilk dəfə 48 ölkə mübarizə aparacaq. Komandalar 16 qrupda bölünəcək. Hər qrupdan 2 komanda 1/16 finala yüksələcək.
Komadaların sayının artırılmasından sonra ölkələrin birgə dünya çempionatını təşkil etməsinə icazə verib. Sonuncu dəfə 2002-ci ildə Yaponiya və Cənubi Koreya dünya çempionatına ev sahibliyi edib.