Türkiyənin Antaliya şəhərində fətullahçı terror təşkilatınının (FETÖ) yerləşdiyi məkanlarda əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, əməliyyatlar nəticəsində 8 FETÖ üzvü saxlanılıb.
Türkiyə Baş Prokurorluğunun başladığı əməliyyatlar “fətullahçı yuvaları” adlandırılan qapalı məkanlarda aparılıb. Axtarışlar 6 “yuva”nı əhatə edib.
Saxlanılanlar arasında FETÖ-nün Kütahya və Dənizli rayonları üzrə məsul şəxsləri də var.
Əməliyyatlarda ələ keçirilən 5 ədəd saxta pasport, 6.5 min dollar, 3 min avro və 27 min lirə, kompüterlər müsadirə edilərək götürülüb.