Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatı Beynəlxalq Futbol Federasiyasına (FİFA) 6,1 milyard dollar qazandıracaq.
Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb.
FİFA ilkin proqnozlaşdırılan məbləğdən 10% daha çox qazanacaq. Təşkilat yayımlardan 3, sponsorlardan 1,65 milyard əldə edəcək. 160 milyon isə video-oyun qurucusu olan “Electronic Arts” şirkəti FİFA-ya ödəyəcək.
Qeyd edək ki, FİFA 2006-cı ildə Almaniyada 1,9 milyard, 2010-cu ildə Cənubi Afrika Resublikasında 3,9 milyard və 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatında isə 4,8 milyard dollar qazanıb.