Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili istefa verib.
Teleqraf.com xəbər verir ki, Giorgi Kvirikaşvili keçirdiyi brifinqdə istefasını bəyan edib.
"Mən hər bir vətəndaşın baş naziri olmağa çalışdım. Bu gün öz vəzifəmi tərk edirəm", deyə o, bildirib.
Qeyd edək ki, G.Kvirikaşvili bir müddət öncə paytaxt Tbilisidə keçirilən etirazlara görə istefa verəcəyini bildirmişdi.