14 İyun 2018 10:00
2 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koreya Xalq Demokratik Respublikasının rəhbəri Kim Çen İn Yaponiya baş naziri Sindzo Abe görüşmək istəyini dilə gətirib.

Teleqraf.com xəbər verir ki, bu barədə o, ABŞ Prezidenti Donald Trampla görüşü zamanı söyləyib.

“Sankey” qəzetinin məlumatına əsasan, Tramp Kimə nüvə silahından tam imtina qarşılığında sanksiyaların ləğv etməyə söz verib. Genişmiqyaslı iqtisadi inkişaf üçün isə Yaponiya ilə danışıqlar aparmaq lazım olduğunu söyləyib.

Cavabda Kim Çen İn yapon baş naziri Sindzo Abe ilə iki ölkə arasında mövcud problemləri müzakirə etmək üçün şəxsən görüşmək istədiyini bəyan edib.

Yaponiya və Şimali Koreya liderlərinin sentyabrda Vladivostokda keçiriləcək Şərq İqtisadi Forumu çərçivəsində görüşü baş tuta bilər.

Abenin avqusta Pxenyana səfər edə biləcəyi ehtimalı da var.


Müəllif: Ruslan

Oxşar xəbərlər