Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının açılış mərasiminə 17 dövlətin lideri qatılacaq.
Teleqraf.com xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Azərbaycan, Ermənistan, Belarus, Boliviya, Qazaxıstan, Qırğızıstan, Şimali Koreya, Livan, Moldova, Panama, Paraqvay, Ruand, Səudiyyə Ərəbistanı, Tacikistan, Özbəkistan və digər ölkələrin liderlərinin artıq bu məqsədlə Moskvaya gəldiklərini bildirib.
Şimali Koreyanı açılış mərasimində parlament sədri Kim Çen Nam təmsil edəcək.
Avstraliya, Yaponiya, ABŞ və Avropa dövlətləri çempionatın Rusiya kubokunu boykot ediblər.