Rusiyanın müxalifət lideri, Korrupsiyaya qarşı Mübarizə Fondunun qurucusu Aleksey Navalnı həbsdən azad edilib.
Teleqraf.com xəbər verir ki, o bu il Rusiyada keçirilmiş prezident seçilərini boykot məqsədilə icazəsiz aksiyalar təşkil etməkdə ittiham olunmuşdu.
Moskva məhkəməsi eyni zamanda, ona qarşı polisə müqavimət ittihamı irəli sürərək 30 gün azadlıqdan məhrum etmişdi.
Qeyd edək ki, Rusiyada mart ayında keçirilmiş prezident seçkilərində hazırkı dövlət başçısı Vladimir Putinin qalib gəlməsindən sonra federasiyanın iri şəhərlərində etiraz aksiyaları başlamışdı.
Kütləvi aksiyaların təşkilatıçısı Aleksey Navalnı idi.