14 İyun 2018 22:54
1 421
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyalarla əlaqədar İranda son günlər yaşanan yüksək qiymət artımının qarşısını almaq məqsədiylə Prezident Həsən Ruhani dövlət anbarlarındakı malların dərhal bazara çıxarılması barədə təlimat verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ölkə başçısı iqtisadi sahədə baş verənləri psixoloji müharibə kimi dəyərləndirib.

Ruhani bazardakı dəyişikliyin iqtisadi səbəbinin olmadığını deyib: “Bütün bunlar psixoloji savaşla əlaqədardır.”

İran prezidentinin ofisinin rəhbəri Mahmud Vaizi bildirib ki, Nazirlər Kabinetinin iclasında qiymət artımı məsələsi xüsusi olaraq müzakirə edilib. Onun sözlərinə görə, ölkə prezidenti anbarlardakı malların xalqa çatdırılması üçün rəsmi orqanları təlimatlandırıb.

Xatırladaq ki, ABŞ-ın mayın 8-də İranla imzalanmış nüvə razılaşmasından geri çəkilməsindən sonra İranda bir çox məhsulların qiyməti yüksək sürətlə artmağa başlayıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər