ABŞ-ın Kolorado ştatında silahlı insident baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Denver Post” qəzeti məlumat yayıb.
İnsident Vestminster şəhərindəki uşaq klinikasının dayanacağında qeydə alınıb. Naməlum şəxslər atəş açdıqdan sonra avtomobillə hadisə yerindən uzaqlaşıblar.
Polisin məlumatına görə, atışma nəticəsində ikisi uşaq olmaqla 4 nəfər yaralanıb.
Faktla bağlı cinayət işi açılıb. Artıq şübhəli şəxslər saxlanılıb.