15 İyun 2018 11:48
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyada yeni doğulmuş bir körpə diri-diri torpağa basdırılıb. Lakin 8 saat torpağın altında qalan körpəni xilas etmək mümkün olub.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, körpə iki polis tərəfindən xilas edilib.

Polislər uşağın öldüyünü düşünürdülər. Lakin möcüzə sayəsində o, sağ qalmışdı.

Körpə torpağın altından çıxarıldıqdan sonra məlum oldu ki, bütün sümükləri sınıb. Təcili oksigen verilən uşaq xəstəxanaya çatdırılıb və reanimasiyaya qaldırılıb. Həkimlər onun həyatı üçün təhlükənin olmadığını deyiblər.

Polis körpənin yerini naməlum şəxs tərəfindən edilən zəng sayəsində tapdıqlarını bildirib. Polis şefi Paulo Bazerranı isə cinayətkarın qəddarlığından daha çox körpənin 8 saat ərzində torpaq altında necə sağ qalması təəccübləndirib: “Məni ən çox təəccübləndirən şey 8 saat ərzində bu körpə qızın havasız torpaq altında hansı formada sağ qalmasıdır. Bu, müzakirəsiz möcüzədir”.

Körpənin anası polis tərəfindən dindirilib. O, uşağı köməksiz doğduğu üçün xəstəxanaya aparılıb.

Körpənin nənəsi isə cinayətə cəhd ittihamı ilə həbs edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər