Suriya rejiminin ölkənin cənub-qərbində həyata keçirməyi planladığı əməliyyat ciddi narahatlıq yaradır.
Teleqraf.com xəbər verir ki, bu bəyanatla ABŞ Dövlət Departamenti çıxış edib.
Bəyanatda qeyd olunur ki, ABŞ, İordaniya və Rusiya2017-ci ildə Vyetnamda Suriyanın cənub-qərbində gərginliyi azaltmaq barədə razılığa gəliblər. Lakin həmin bölgədə Suriya rejiminin əməliyyat keçirməyə hazırlaşdığı haqda xəbər narahatlığa əsas verir.
ABŞ bu bölgədə qarşıdurmaların dayandırılması, sabitliyin yaradılmasında qərarlı olduğunu bəyan edərək, xatırladıb ki, Suriya hökumətinin Vyetnamda əldə olunan qərara zidd olaraq, ölkənin cənub-qərbində həyata keçirəcəyi hərbi əməliyyatlar durumu daha da mürəkkəbləşdirəcək.
Vaşinqton Suriyanın cənub-qərbində Əsədin həyata keçirəcəyi əməliyyat və müdaxilələrə qarşı kəskin mövqe tutacağına dair Dəməşqə xəbərdarlıq edib.