15 İyun 2018 16:50
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri iyunun 12-də Şimali İraqda, Qəndil dağlarında keçirdiyi hava əməliyyatı zamanı 26 terrorçunu məhv edib. Baş Qərargah rəisi Hulisi Akar qərargahdan əməliyyatı izləyib.

Teleqraf.com-un xəbərinə görə, Türk Silahlı Qüvvələrindən verilən açıqlamada bəyan edilib ki, Qəndil istiqamətində həyata keçirilən hava əməliyyatı zamanı aralarında PKK/KCK terror təşkilatlarının bölgə rəhbərinin də olduğu 26 silahlı öldürülüb.

Bundan başqa, iyunun 14-də Hakkari və Çuxurça bölgəsində həyata keçirilən hava əməliyyatı zamanı 2 terrorçu məhv edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər