15 İyun 2018 19:42
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi ofisi İngiltərədə yerləşən Oxfam təşkilatı Fransanın sərhəd polisinin qaçqın uşaqların ayaqqabılarını cıraraq İtaliyaya göndərdiklərinə dair iddia irəli sürüb.

Teleqraf.com xəbər verir ki, Oxfamın hesabatında afrikalı qaçqın qadının 40 günlük körpəsi ilə İtaliyanın Ventimiglia sərhəd məntəqəsinə doğru piyada getməyə məcbur edildiyi qeyd olunub.

"Fransız polisi insanları ac, susuz, bəzilərinin telefonlarındakı sim kartları alaraq piyada deport edir. Uşaqların təvəllüdləri dəyişdirilir. Polis uşaqların ayaqqabılarının dabanlarını kəsərək bir daha bura gəlməyin deyir", deyə hesabatda qeyd olunur.

Miqrantlara qarşı münasibətlərinə görə İtaliya və Fransa rəsmilərini bir-birini ittiham edir. İtaliya rəsmiləri vurğulayır ki, fransız polisi qaçqın uşaqların telefonlarını ona görə əllərindən alır ki, valideynlərilə əlaqə yarada bilməsinlər.

İtaliyanın daxili işlər naziri Matteo Salvini bu ilin birinci yarısında Fransanın 10 min 524 köçkünü İtaliyaya göndərdiyini bildirib.


Müəllif: Ruslan

Oxşar xəbərlər