15 İyun 2018 23:59
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın Ağ Evə dəvət ediləcəyini istisna etməyib.

Bunu ABŞ prezident "Fox News" telekanalına müsahibəsi zamanı bildirib.

D.Tramp deyib: "Aramızda yaxşı münasibət yarandı və mən bilmirəm, bunu demək siyasi cəhətdən nə qədər düzgündür, amma bu baş veridi. Onlar artıq raket mühərriklərini sınaqdan keçirdikləri obyekti partladıblar. Onlar bizə orada həlak olan qəhrəmanlarımızın qalıqlarını qaytarılır".

ABŞ prezidenti qeyd edib ki, biz KXDR-da nüvə silahının olmadığından əmin olduğumuz zaman onlara qarşı sanksiyalar ləğv olunacaq.

Qeyd edək ki, iyunun 12-si Sinqapurun Sentosa adasında yerləşən "Kapella" otelində ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında görüş keçirilib.

Donald Tramp görüşün yekunları üzrə bildirib ki, Şimali Koreya ilə "ətraflı" sənəd imzalayıb və vurğulayıb ki, Koreya yarımadasının denuklarizasiya preosesi "tez bir zamanda" başlayacaq. Kim Çen In öz növbəsində imzalanan sənədi iki ölkə arasındakı münasibətlər üçün "yeni başlanğıc" adlandırıb və gələcəkdə "böyük dəyişikliklər" vəd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər