16 İyun 2018 08:02
1 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danimarka məhkəməsi İraqın 23 vətəndaşının şikayəti üzrə aparılan araşdırmalardan sonra Müdafiə Nazirliyinin əleyhinə qərar qəbul edib.

Qərara əsasən nazirlik pis rəftara məruz qalan 23 iraqlının hər birinə 4 min 716 dollar təzminat ödəyəcək.

Məhkəmə Danimarka əsgərlərini İraq hərbçilərinin mülki şəxslərə qarşı zorakılığına biganə qalmaqda ittiham edib.

Vəkil Kristian Harlanq bildirib ki, Danimarka əsgərləri yalnız əmrləri gözləməməli, müdafiə olunmamalıdırlar. Eyni zamanda insan haqlarının müdafiəsinə qalxmalıdırlar.


Müəllif: Ruslan

Oxşar xəbərlər