ABŞ-da məhkəmənin qərarı ilə ABŞ prezidenti Donald Trampın seçkiqabağı qərargahının sabiq rəhbəri Pol Manafort həbs edilib.
Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi üzrə işləyən prokurorlar P.Manafortu şahidlərə təzyiq göstərməkdə ittiham ediblər. Bundan sonra Pol Manaforta qarşı həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, P.Manafortun seçkilərə müdaxilədə iştirakına dair məhkəmə prosesi 2018-ci ilin sentyabrına təyin edilib.