Amerika Birləşmiş Ştatlarının Konnektikut ştatında ölkənin eks-prezidenti Barak Obamanın şərəfinə ibtidai məktəb tikiləcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 2019-cu ilin payızına qədər istifadəyə verilməsi planlaşdırılan məktəbin tikintisinə 45 milyon dollar xərclənəcək. Məktəbdə 4-cü sinifə qədər 500 şagirdin təhsil alması nəzərdə tutulur.
İbtidai məktəbə Obamanın adının verilməsinə səbəb onun prezidentliyi dövründə təhsilin inkişafı üçün göstərdiyi xidmətlər qeyd edilib.