17 İyun 2018 09:48
2 091
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk qrupunun həmsədrləri bir neçə ay fasilədən sonra regiona - işğalçı Ermənistana gəldilər. Həmsədrlərin İrəvana səfərlərində əsas məqsəd yeni hakimiyyətin Qarabağla bağlı mövqeyi ilə yaxından tanış olmaqdır.

Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq hesab edir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər həmsədrlərin irəli sürdükləri təkilfələrə ziddir: “Həmsədrlər Ermənistanın baş nazirinə çatdırıblar ki, Qarabağ danışıqlarda fəal iştirak etsin. Hesab edirəm ki, həmsədrlərin Paşinyanla apardığı danışıqların nəticəsi bir neçə gündən sonra məlum olacaq.

Lakin Nikol Paşinyan ilk gündən Ermənistanın münaqişədə tərəf olmadığı iddia edir, Qarabağ separatçılarının tərəf olduğunu qeyd edir. Buna baxmayaraq, o, həmsədrlərlə görüşdən imtina edə bilmədi. Yəni Nikol Paşinyanın özü də yaxşı bilir ki, münaqişə tərəfi Ermənistandır, o da bu ölkənin başçısı kimi danışıqlarda iştirak etməyə məcburdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər