"Bu taliblər üçün unikal imkandır" - NATO
NATO Əfqanıstanda hökumətlə "Taliban" arasında atəşkəsin uzadılması və sülh danışıqlarının başlaması ilə bağlı təklifi təqdir edir.
Teleqraf.com-un xəbərinə görə, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.
"Mən Prezident Əşrəf Qəninin Əfqanıstanda atəşkəsin uzadılması ilə bağlı bəyanatını alqışlayıram. Bu taliblər üçün unikal imkandır, onlar sülhə tərəfdar olduqlarını göstərə bilərlər. Əfqan xalqı bu sülhə layiqdir və və bunu tələb edir", - Stoltenberq Tvitter-də yazıb.